"Əsas problemlər yenə də qalır" - ELMƏDDİN MURADLI

"Əsas problemlər yenə də qalır" - ELMƏDDİN MURADLI

Bildiyimiz kimi, oktyabrın 1-dən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqlarının yeni qayda ilə hesablanmasına başlanılıb. Zərərlərin birbaşa tənzimlənməsi isə noyabrın 1-dən etibarən həyata keçirilir. SİA mövzu ilə bağlı yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlının fikirlərini öyrənib.

Onun sözlərinə görə, bu gündən sığorta ilə bağlı yeniliklər müəyyən edilib: "Ötən ay sığortanın hesablanması qaydaları dəyişmişdi. Yəni, artıq avtomobilin bir neçə idarəedicisi varsa, yaxud avtomobil bölgələrdə idarə olunursa, taksi kimi istifadə olunursa, bu halda sığorta daha çox hesablanır. Bu gündən isə yeni qanun qüvvəyə minir ki, yol-nəqliyyat hadisəsi baş verdikdə, zərərçəkən sığorta ödənişini öz sığorta olunduğu şirkətdən də ala bilər".

Elməddin Muradlı sözlərinə belə davam edib: "Mən bunun fundamental dəyişiklik olduğunu düşünmürəm. Əsas problemlər yenə də qalır. Çünki sığorta ödənişi hələ də ciddi problemdir. Bunları həll etmək daha faydalı olar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə