Arıqlamağın zərərsiz yolları dedikdə düzgün qidalanmadan danışıla bilər və bu da sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, bir çox xəstəliklərin yaranması düzgün qıdalanmamaqdan irəli gəlir. Bu sözləri SİA-ya açıqlamasında diyetoloq-həkim Sevinc Həsənzadə deyib.

Onun sözlərinə görə, düzgün qıdalanmamaqla orqanizmdə maddələr mübadiləsinin pozulması baş verir: "Onu da deyə bilərəm ki, əhalinin bir çox qismi qidalanma qaydalarından xəbərsizdir. Bəs nə etməliyik ki, düzgün və sağlam şəkildə qidalanaq. İlk olaraq onu qeyd etmək istəyərdim ki, rejimlə qidalanmaq lazımdır. Müəyyən saatlarda qidalanmalıyıq və zərərli qidalardan uzaq olmalıyıq. Biz daha çox xanımlarda müşahidə etdiyimiz diyet növü var ki, uzun müddət özlərini ac saxlayaraq diyet etdiklərini düşünürlər və mən məsləhət görərdim ki, bundan uzaq olsunlar, çünki müəyyən vaxt ərzində düzgün qida qəbul etmədikdə bədəndəki insulin maddəsi pozulur və başda şəkər xəstəliyi olmaqla bir çox xəstəliklərə düçar ola bilərlər. Bu diyetanın əvəzinə isə sağlam qidalanaraq müəyyən saatlar daxilində kənara çıxmayaraq diyeta edə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB