Sabah havanın tempraturu NECƏ OLACAQ? - QURUM RƏSMİSİ AÇIQLADI

Sabah havanın tempraturu NECƏ OLACAQ? - QURUM RƏSMİSİ AÇIQLADI

"Noyabrın 2-si və 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir". Bu fikirləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O qeyd edib ki, noyabrın 2-si gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimal olunur: "Mülayim cənub küləyi əsəcək. Havanın maksimal temperaturu 16-18 dərəcəyədək isti olacaq. Bölgələrdə də yaxın 2 gün ərzində əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə qsamüddətli yağış yağacağı ehtimal olunur. Havanın maksimal temperaturu aran rayonlarında 16-21, dağlarda isə 6-11 dərəcə isti olacaq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə