"Özünəinam nədir? İlk buna baxaq. Özünəinam məqsədə çatmaq və həyatda uğur qazanmaq üçün vacib xüsusiyyətlərdən biridir". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Cəmilə Abbasova bildirib.
Onun sözlərinə görə, uşaqlarda özünəinamın olmamasının səbəbi isə valideynlərin düzgün tənqid etməməsidir: "Tez-tez aşağılamalarıdır. Davamlı müqayisə etmələridir. "O yaxşı oxuyur, sən oxuya bilmirsən", "Sən heç nə bacarmırsan", "Sən onun kimi ola bilməyəcəksən", "Həmiş yalan danışırsan" və s. kimi ifadələr. Uşaqlarda özünəinamı formalaşdırmaq üçün onlara erkən yaşlarda tapşırıqlar verilməli, bacarıqları qiymətləndirilməlidir. "Sənə afərin, öz ayaqqabını geyinə bilirsən", "Çox sağ ol mənə su gətirdiyin üçün, artıq hər şeyi bacarırsan."
Valideynin rolu inkişafda çox böyük rol oynayır. Hər bir uşağa şəxsiyyət kimi yanaşılmalı, onlara hörmət göstərməli və dəyər verilməlidir. Əks halda uşaqlarında özünəinamla bağlı problemlər gördükləri zaman mütəxəssisə müraciət edilməlidir. Erkən müdaxilə, erkən korreksiyadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB