İş müsahibəsinə gedərkən nələrə diqqət etmək lazımdır ? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

İş müsahibəsinə gedərkən nələrə diqqət etmək lazımdır ? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

“İş müsahibəsinə gedən şəxs ilk növbədə gecikməməlidir. Yəni vaxt təyin edilibsə, şəxsin gecikməyi yolverilməzdir. Əgər onu müsahibəyə çağıran şəxs müsahibəni gecikdirirsə, bu zaman da problem yaradılmamalıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, çünki bu olduqca normal haldır: “Bundan əlavə müsahibəyə gedərkən geyimə də fikir vermək lazımdır. Çünki bu müsahibə götürən şəxsə psixoloji olaraq təsir göstərir. Eyni zamanda şəxs özü haqqında dolğun məlumat verməlidir. Yəni uzatmadan konkret olaraq danışmalıdır.

Müsahibə zamanı verilən suallara həm dolğun, həm ciddiyyəti qoruyaraq, həm də yeri gəldikdə zarafat formasında da cavab vermək olar. Çünki bəzi rəhbərlər çox ciddi, hər şeyə qarışan insanları bir o qədər də sevmirlər. Bundan əlavə şəxs görəcəyi işə və getdiyi yerdəki insanların potensialına da bələd olmalıdır. Qarşı tərəfin istək və arzularını bilmək də çox vacib bir məqamdır.

Müsahibəyə gedən şəxs özgüvənli olmalı və özünü bu cür də ifadə etməyi bacarmalıdır. Əks təqdirdə, yəni özgüvənini göstərə bilmirsə artıq müsahibədə bir növü uduzmuş olur. Müsahibə əsnasında qarşı tərəfi dinləməyi bacarmaq lazımdır. Hətta müsahibənin uğursuz olduğu bildirildiyi halda belə oradan xoş ayrılmaq lazımdır. Çünki bəzi hallarda sırf həmin şəxsə geri dönüş edərək, işə onu götürdüklərini də bildirirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə