Varşava Azərbaycan Evində yeni layihənin icrasına start verilib
Polşada fəaliyyət göstərən Varşava Azərbaycan Evində "Knowledge Exchange" adlı layihə çərçivəsində ilk görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, bu layihə Polşa Azərbaycanlıları Şurasının və Azərbaycan Tələbə Birliyi Platformasının (ASAP) birgə dəstəyi ilə həyata keçirilir.
Polşa Azərbaycanlıları Şurasının sədri, Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərli bildirib ki, görüş zamanı iştirakçıların fikirləri və problemləri dinlənilib. 7 nəfər işsiz soydaşımız qeydiyyata alınıb və yaxın vaxtlarda onların müvafiq işlə təmin olunmaları üçün tədbir görüləcək. Nəzərə çatdırılıb ki, bu görüşlərin keçirilməsində məqsəd bilik mübadiləsi aparılması, biliklərin təkmilləşdirilməsi və ötürülməsidir.
Qeyd edək ki, görüşlər hər həftənin bazar günü Varşava Azərbaycan Evində keçirilir. Polşanın digər şəhər və kəndlərində yaşayanlar üçün hər həftənin cümə günü onlayn görüşlər təşkil olunur. Bundan başqa, görüşlərdə iştirak etmək istəyən şəxslər Fərid Cəfərli ilə əlaqə saxlaya bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB