Enerji təhlükəsizliyi və enerji sahəsinin inkişafı üçün hansı işlər görülür ?
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan enerji təhlükəsizliyi strategiyasının icrası nəticəsində Azərbaycan dünyada öz enerji təhlükəsizliyini tam təmin etmiş azsaylı ölkələrdən birinə çevrilib. Hazırda həm əhali, həm də iqtisadiyyat enerji resursları ilə təmin olunur. Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə Azərbaycanı dünyada bir enerji ölkəsinə çevirib.
- Zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və elektroenergetika sisteminə malik olan ölkəmizin həm regional, həm də qlobal səviyyədə rolu və əhəmiyyəti daha da artır. Hazırda Azərbaycan öz enerji təhlükəsizliyini təmin etməklə yanaşı qonşu ölkələrin, həmçinin Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir.
- Bu gün ölkəmiz yalnız karbohidrogen resurslarının deyil, eyni zamanda elektrik enerjisinin də ixracatçısı kimi tanınmaqdadır.
- Hazırda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzərində işlər görülür. Bu sahədə əlverişli investisiya mühitinin yaradılması, özəl, o cümlədən xarici sərmayələrin cəlbi istiqamətində tədbirlər davam etdirilir.
- Bu il təməli qoyulmuş 230 MVt gücündə günəş və 240 MVt gücündə külək elektrik stansiyaları tamamilə özəl investisiya hesabına reallaşdırılır.
- Özəl investisiya cəlbi ilə daha bir günəş elektrik stansiyası 240 MVt gücündə olmaqla Cəbrayıl rayonunda reallaşdırılacaqdır. Eyni zamanda, quruda ümumi qoyuluş gücü 2 QVt olan külək-günəş enerjisi layihələri və dənizdə qoyuluş gücü 2 QVt olan külək və hidrogen enerjisi layihələri üzrə İcra Müqavilələri imzalanıb. Bununla yanaşı hazırda qoyuluş gücü ümumilikdə 220 MVt-dan çox olan SES və KSES-lərin tikintisi və bərpası davam etdirilir.
- 2030-cu ilədək ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30% çatıdırlması hədəflənir.
- Bütün bunlar enerji mənbələrinin şaxələndirilməsi ilə enerji təhlükəsizliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB