Hava şəraitinin bizi sarsıtmasına imkan verməməliyik - PSİXOLOQ AÇIQLADI

Hava şəraitinin bizi sarsıtmasına imkan verməməliyik - PSİXOLOQ AÇIQLADI

“Hər bir insanın fərdi psixoportreti var. Fərdi psixologiyaya malik olan insanların səhər oyanışı özünəməxsusi olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, sinir sistemində problem olan insanlar səhər oyananda havanı tutqun gördükdə əhvalları aşağı düşür: “Hava soyuq, tutqun olduqda, günəşi görmədikdə bəzi insanlarda qəribə bir ruh düşkünlüyü müşahidə olunur. Buna görə də insanın özünün daxili motivasiyası olmalıdır.
Sinir sistemi problemi hökm sürən insanlar müəyyən bir psixoloji gərginlik yaşayır, zehinlərində daim problemləri həll etməklə məşğul olurlar. Bu cür insanlar tutqun havalarda daha da çökəkliyə düşürlər və onlarda psixoloji dayanıqlılıq itir.
Bir çox insanlarda isə hormonal proseslər də baş verir. Məsələn günlərin qısalması insanlarda müyyən bir narahatçılığa gətirib çıxarır. Ümumiyyətlə havanın insan psixolgiyasına təsiri fərdi xarakter daşıyır.
Lakin mövcud hava şəraitinin bizi sarsıtmasına imkan verməməliyik.
Eyni zamanda hava ilə heç bir əlaqəsi olmayan, sadəcə olaraq, səhər oyanışı özünəməxsus olan insanlar da var. Onlar bir müddət sağlam psixologiyada ola bilmir, özlərinə qapanırlar. Bu müddət ərzində onlarla danışmaq, söhbət etmək olmur. Bu, sadəcə olaraq, həmin insanların fərdi xüsusiyyətləridir. Hansı ki, yuxudan durduqdan bir müddət sonraya qədər heç nəyi dinləmək, eşitmək istəmirlər, öz auralarında olurlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə