Keçmişdəki qadınlarla indikilərin fərqi nələrdir? - ARAŞDIRMA

Keçmişdəki qadınlarla indikilərin fərqi nələrdir? - ARAŞDIRMA

Keçmişdə hamımıza deyilirdi ki, insanlar daha güclü, daha sağlam, daha möhkəm və daha xoşbəxtdirlər. Yəni həqiqətən belədir? İnsanlar ağır şəraitdə, düzgün qidalanmama və sağlamlıq şəraitində həqiqətən dözümlü və xoşbəxt idilərmi?

Keçmişdə qadınlar 15-16 yaşlarında çox gözəl görünürlər. İndi 15-16 yaşında qızlar yaşından çox gənc görünür. Əvvəl isə qadınlar daha irisümüklü, cüssəli, ucaboy və balıqətli olurdular. El arasında deyilir ki, “Qadın nə qədər tez evlənsə, bir o qədər tez tükənir”. Bəs həqiqətən də bu belədirmi?

Keçmişdə, boşanma halları nadir idi. Çünki boşanmağa faciə kimi baxılırdı və boşanan qadınlar böyük qınaq obyektinə çevrilirdi. Əsfsuslar olsun ki, bu baxış az da olsa indi də mövcuddur.

Keçmişdə qadınlar çox uşaq doğurdular. Lakin uşaq ölümü də çox yüksək idi. Uşaqlar tez-tez infeksiya, gigiyena qaydalarına riayət edilməməsi və qida çatışmazlığı səbəbindən 1 yaşına çatmamış ölürdülər. Üstəlik, anaların uşaqlara necə düzgün qulluq etmək barədə kifayət qədər biliyi yox idi. Həmçinin, doğuş da riskli proses idi. Qadınlar sepsis (doğuş qızdırması), pnevmokok infeksiyası və peritonit kimi yoluxucu xəstəliklərdən ölürdülər. Bir sözlə, səbəblər fərqli idi. Məsələn, həkimlər yaralara çirkli əllərlə və ya steril olmayan alətlərlə toxunurdular.

Məlum olduğu üzrə, dünyada insanlar həmişə onkoloji xəstəliklərdən əziyyət çəkiblər. Hətta xərçəngin ilkin əlamətləri Qədim Misirdə görülmüşdü. 19-cu əsrin ikinci yarısında elm adamları döş xərçənginin diaqnozunu və müalicəsini öyrəndilər. Sınaqlar həmişə uğurlu alınmırdı və yalnız şəhərlərdə yaşayanların bu müalicə üsulunu sınamaq imkanı var idi.

Kənd yerlərində dərman kifayət deyildi və əksər xəstəliklər aşkar edilə bilmirdi. Tez-tez doğuş, qida çatışmazlığı və ağır iş səbəbindən qadınlar uşaqlıq yolunun sallanmasından əziyyət çəkirdilər. Çiçək, vərəm, dizenteriya, qızılca, vəba, tif kimi yoluxucu xəstəliklər də geniş yayılmışdı.

Keçmişdəki qadınlarla indikilərin əsas fərqlərindən biri də odur ki, indi qadınlar da kişilər kimi işləməlidirlər. Əslində, keçmişdə də şəhərlərdə yaşayan qadınlar fabriklərdə işləyir, müəllimlik, tibb bacılığı və katiblik işləyirdilər. Həmçinin, toxuculuq sənayesində qadınlar və uşaqlar işləyirdi və onların maaşları kişilərdən aşağı idi. Lakin indiki vaxtla müqayisədə o vaxt işləyən qadınların sayı az idi. Doğuşdan bir neçə gün əvvəl bir qadının analıq məzuniyyəti almaq hüququ var idi.

Kənddə vəziyyət bir qədər fərqli idi. Doğuşdan bir gün sonra odun kəsmək, çörək bişirmək kimi bütün ev işləri ilə məşğul olan qadın, doğuşdan bir neçə gündən sonra da yenidən tarlada işləməyə başlayırdı. Qadınlar körpələrini də özləri ilə aparıb işləyirdilər. Kişi və qadın arasında məşğulluq fərqi yox idi. O zamanlarda, çamaşırxana, yemək bişirmək və təmizlik işləri qadınların da üzərinə düşür, kişilər isə bu proseslərdə iştirak etmirlər.

Keçmişdə analıq qadının əsas vəzifəsi idi. 1919-cu ildə qadınların doğuşdan əvvəl və sonra qorunmasına yönəlmiş ilk qanunlar hazırlanmışdır. Qadınlar analıq məzuniyyətindən sonra işə qayıdırdılar.

Bu, bir həqiqətdir ki, keçmişdə əksər qadınlar inanılmaz dərəcədə gözəl idilər. Söhbət təbii gözəllikdən gedir. “Botoksu” olan müasir qadınlar onlarla rəqabət apara bilməz. Çətin iş, qızmar günəş, tez-tez övlad sahibi olmaq və təsirsiz dərmanlar keçmişdəki qadınların sağlamlığına zərbə vurdu və 30 yaşlarında onlar qocalmağa başladılar.

Bəs, keçmişdəki qadınlarla indikilərin gözəllik barədə hansı fərqləri var? İndikilər niyə sünilikdən, estetik, yaxud dolğudan yanadılıb? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Baxımlı, lakin təbii olmaq üçün 7 qızıl qayda:

Gözəl olduğuna inan

Özünə güvənən qadından daha təbii və gözəl nə ola bilər?! Gözəl olduğunuza mütləq inanın.

Sağlamlığınızın qayğısına qalın

Bu, təbii gözəllik olmağın ən böyük əsasıdır. Bunun üçün balanslı qidalanmalısınız. Rəqs edin, dostlarınızla gəzintiyə çıxın.

Dərinizi təmizləyin

Sızanaqlar və ləkələr üçün rozmarin yağı kimi təbii məhsullardan istifadə edə bilərsiniz. Daha çox meyvə-tərəvəz, D və C vitaminləri istifadə edin. İsti sudan sonra üzünüzü soyuq su ilə yuyun və spirtsiz təmizləyicidən istifadə edin. Günəş kremindən də istifadə etməyi unutmayın.

Gözəl sağlam saçlar

Keçmişdəki qadınların ən böyük gözəllik sirri uzun, gur, qalın və gözəl saçlar idi. Saç həmişə diqqəti cəlb etmək üçün əla bir yoldur. Nə qədər sağlam və xoşbəxt olsanız, saçlarınız bir o qədər gözəl görünəcək. Saç qurutma maşınları və buruq kimi əməliyyatlardan əvvəl həmişə qoruyucu sprey tətbiq edin.

Dişlərinizi daim təmiz saxlayın

Gözəl bir təbəssümdən daha təbii nə ola bilər? Dişlərinizi gündə ən azı iki dəfə bərpaedici diş pastası ilə fırçalayın. Bu fırçalama üsulu boşluqlarınızı və diş əti problemlərinizi azaldır. İldə iki dəfə stomatoloqa müraciət etməyi unutmayın. Dişlərinizin ağ qalması üçün turşu və kofeinli içkilərdən mümkün qədər uzaq durun.

Makiyajdan həddindən artıq çox istifadə etməyin

Sadəcə olaraq üzünüzü tonal tərkibli nəmləndirici, şəffaf və ya çəhrayı pomada və kremli ənlik ilə rəngləndirə bilərsiniz.

Yuxunuzu kifayət qədər almaq

Yuxu əladır, amma kifayət qədər yuxu almırıq. Mütəxəssislər 9 saat yuxunun ideal vaxt olduğunu bildirirlər. Yatmadan 2 saat əvvəl yeməyi dayandırdığınızdan əmin olun. Narahat bir gecə keçirmək istəmirsinizsə, kofein də istehlak etməyin.

Keçmişdəki gözəllik anlayışı ilə indiki çox fərqlidir. Belə ki, indi dik əməliyyatlı burun, iri şişmə dodaqlar, ucu qalxaq qaşlar, iri estetik əməliyyatlı sinə, yenə əməliyyatlı incə bel, taxma kirpiklər və saçlar, sərt oval çənəyə sahib olanlar gözəl adlanır. Fikir vermisinizsə, indi sırf bu səbəblərdən insanlar arasında eyniləşmə gedir. Sanki hər kəs bir-birinə bənzəyir. Demək olar ki, 70 faiz qadın eyni qalxaq burun və şişmə dodaqlara sahibdir. Bu gün bu estetik prosedurlar sanki dəb halını alıb. Ehtiyacı olan da bunu etdirir, olmayan da.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə