Bu cür insanlara diqqətli yanaşmaq lazımdır - DİQQƏT! - PSİXOLOQ DANIŞDI
“Əsəb pozğunluğunun əsas göstəriciləri yuxusuzluq, baş ağrıları, səbəbsiz formada əhvalın olmamasıdır. Bəzən düşünülür ki, əsəb pozuntusu sırf aqressiya ilə bağlıdır. Lakin əsəb pozuntusunun da müxtəlif növləri var və ilk əlamətləri fərqli ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, əgər biz ətrafımızda bu cür şəxsləri görürüksə, diqqətli yanaşmalıyıq: “Çünki həmin şəxslər ən kiçik sözdən belə təsirlənə bilər. Çox vacibdir ki, psixiatr, nevropatoloqa müraciət etsinlər. Çünki bu tip xəstəliklərdə dərman müalicəsi böyük əksəriyyətdə lazım olur.
İstərdim ki, insanlar bu tip şəxslərlə qarşılaşdıqda olduqca diqqətli olsunlar və mənfi fikirlər səsləndirməkdən çəkinməlidirlər.
Çünki əksəriyyət hallarda bu şəxslər özlərində olan problemin fərqində olmurlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB