“Bütün planlarımız göstərir ki, bu konfrans bizim üçün çox önəmlidir” - Rəsədxananın direktoru

“Bütün planlarımız göstərir ki, bu konfrans bizim üçün çox önəmlidir” - Rəsədxananın direktoru

“Bugünkü konfransın mövzusu nəinki respublika, ümumiyyətlə bütün dünya üçün vacibdir. Bu avtofiziklər üçün böyük əhəmiyyət kəsb edir”. SİA xəbər verir ki, bu sözləri BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbirində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov deyib.

Onun sözlərinə görə, Şamaxı Rəsədxanası 60 il əvvəl təsis edilib: “Biz günəş partlamaları tətbiq edirdik. Dövlətimiz də sağolsun ki, kosmik sahəni inkişaf etdirir. Ətraf mühitin monitorinqi bizim abservatoriyanın böyük fəliyyət hissəsini təşkil edir. Rəsədxananın fəaliyyətini nəzərə alaraq yeraltı stansiya yaratmışıq. Potensial təhlükəli peyklərin, astreoidlərin kosmosda tədqiqi ilə məşğul olmuşuq. Bütün planlarımız göstərir ki, bu konfrans bizim üçün çox önəmlidir. Həmçinin, yeni əlaqələrin qurulması üçün də önəmlidir. Bütün tədbir təşkilatçıları və iştirakçılarına təşəkkür edirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə