Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” komediyasının premyerası keçirilib. SİA-nın məlumatına görə, süjet xətti “Kitabi-Dədə Qorqud” eposundan qaynaqlanan bu səhnə əsərində Oğuzun təəssübkeşi kimi daim çıxış edən Dədə Qorqud casusun kim olduğunu bildirsə də, bu məsələyə insani mövqedən yanaşmağa qərar verir. Bunun üçün o, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edərək ölümdən xilas yolunu ona göstərir...
Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), artistlərdən Əlibala Əsgərov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla Xatun), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axindov (Aruz Qoca), Səyyad Əliyev (Beyrək) və başqaları ifa ediblər.
Qeyd edək ki, tamaşanı əsərin müəllifi, Xalq yazıçısı Kamal Abdulla da izləyib.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB