“Özümü çox həyəcanlı hiss edirəm" - NAZİR MÜAVİNİ

“Özümü çox həyəcanlı hiss edirəm" - NAZİR MÜAVİNİ

“Özümü çox həyəcanlı hiss edirəm. Çünki bu qədər alim qarşısında çıxış etmək qürurvericidir. Həm də bugünkü böyük tədbirin mövzusu məni həyəcanlandırır”. SİA xəbər verir ki, bu sözləri BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbirində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva deyib.

Onun sözlərinə görə, 30 il bundan öncə insanlar yanlız adi havanı çox böyük çətinliklə proqnoz edə bilirdilər: “Bu gün isə günəş havasından söhbət gedir. Bu da bəşəriyyətin həmişə olduğu kimi sürətlə inkişafından xəbər verir. Bu inkişaf məsuliyyət deməkdir. BDU-nu həm təbrik edir və həm də təşəkkür edirəm. BDU belə tədbir keçirməklə 3-cü nəsil universitetlərinə addım atmış olur. O universitetlər ki, elmi özündə ehtiva edir və tələbələrə həqiq elmi araşdırmalar üçün imkan yaradır. Biz, kosmik havadan çox asılıyıq. Ona görə öyrənmək istəyirik ki, bəşəriyyət kosmosa çox yaxınlaşıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə