“Millət olaraq hər zaman regionda sülh və sabitlik axtarırıq” - EMİN ƏMRULLAYEV
“Bir neçə gündən sonra biz böyük bir qələbəni qeyd edəcəyik. Bildiyimiz kimi, 30 ildən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Millət olaraq hər zaman regionda sülh və sabitlik axtarırıq. İnanırıq ki, münaqişənin bitməsindən sonra regionda daha təkmilləşdirilmiş tərəfdaşlığa imza atacağıq”. SİA xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbirində deyib.
Onun sözlərinə görə, bu möhtəşəm anda Azərbaycan alimləri və gənc alimlərdə böyük imkanlar yaranır: “Onlar bunun vasitəsilə çətinliklərin öhdəsindən gələ bilərlər. Azərbaycan sürətlə inkişaf edir. Son 30 ildə tamamilə fərqli inkişaf var. 1991-ci ildə biz müstəqilliyi yeni əldə etmişdik. Lakin müharibə oldu və torpaqlarımz işğal olundu. Amma yenə də inkişaf etdik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB