“Beynəlxalq tədbirdə dünyanın 36 ölkəsindən və 4 qitəsindən tədqiqatçılar bilavasitə iştirak edir” - ELÇİN BABAYEV

“Beynəlxalq tədbirdə dünyanın 36 ölkəsindən və 4 qitəsindən tədqiqatçılar bilavasitə iştirak edir” - ELÇİN BABAYEV

“Beynəlxalq tədbirdə dünyanın 36 ölkəsindən və 4 qitəsindən tədqiqatçılar bilavasitə iştirak edir, xeyli sayda alim isə onlayn olaraq qoşulub”. SİA xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi birgə beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, seminarın gündəliyi Günəş və Günəş-Yer əlaqələri fizikasının nəzəri və praktiki aspektləri, Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri kimi bir çox maraqlı mövzuları əhatə edir: “Beynəlxalq elmi tədbirin əsas məqsədləri inkişaf etməkdə olan ölkələrdə müvafiq elmi cihazların quraşdırılması və kosmik hava məlumatlarının emalı işlərini davam etdirməklə yanaşı, xüsusi maraq kəsb edən tədqiqat nəticələrinə diqqət yetirmək, eyni zamanda beynəlxalq koordinasiya və əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdan ibarətdir.

Ümid edirik ki, bu mötəbər tədbir ölkələr arasında elm, təhsil və mədəni əlaqələri inkişaf etdirmək yolunda mühüm bir addım olacaq, maraqlı və cəlbedici müzakirələr və bilik mübadiləsi ilə yadda qalacaq. Seminardan faydalanan bütün iştirakçılar bunu öz tədqiqatlarında da tətbiq edə biləcəklər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə