Bakı Su İdman Sarayı Türkiyə bayrağı ilə işıqlandırılıb

Bakı Su İdman Sarayı Türkiyə bayrağı ilə işıqlandırılıb

Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə Bakı Su İdman Sarayı bu ölkənin dövlət bayrağı ilə işıqlandırılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şəhərin müxtəlif yerlərindən idman sarayının üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.

İşıqlandırma Bakı Su İdman Sarayı tərəfindən həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Respublikasının yaradıldığı gündür.

Bütün xəbərlər Facebook səhifəmizdə