Naxçıvana 144 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq gətirilib
Muxtar respublikada məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2022-ci ilin yanvar-sentyabr aylarında 144 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib.
2022-ci ilin yanvar-sentyabr aylarında 82 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, 41-i nağd yolla satılıb.
Bu dövrdə məhsul istehsalçıları 13012,8 ton mineral gübrə ilə təmin olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB