Bu gün meşə fondu torpaqlarında 14 mindən çox ağac əkilib

Bu gün meşə fondu torpaqlarında 14 mindən çox ağac əkilib

Ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində silsilə meşəbərpa tədbirləri davam edir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, payız ağacəkmə aksiyası çərçivəsində bu gün Qobustan rayonunun meşə fondu torpağında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə 2 hektar ərazidə 2 min 500 göyrüş və akasiya tingi əkilib: “Eyni zamanda, bu gün Şəki, Qəbələ, Quba, Tovuz, Şəmkir, Göygöl, Bərdə, Şamaxı, Ağcabədi və Sabirabad rayonlarında da ağacəkmə tədbirləri keçirilib, gün ərzində ümumilikdə 20 hektar ərazidə 14 min 324 ədəd ağac tingi əkilib, 1047 kiloqram toxum səpilib”.

Nazirliyin rəsmisi ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, bütün təbiətsevərləri ağacəkmə aksiyalarına qoşulmağa, bu tədbirlərdə yaxından iştirak etməklə ölkə ərazisində yaşıllıq zolaqlarının, meşə parkların və meşə sahələrinin genişləndirilməsinə töhfə verməyə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə