Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi terror aktından 2 il ötür. Ermənilər tərəfindən törədilən terror aktlarının sayı-hesabı yoxdur. Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirib. Hücum nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Ağabacı Əmrahova: “Mənim özüm şəhid bacısıyam. Qardaşım 1-ci Qarabağ müharibəsi zamanı şəhid olub. Ermənilər hər zaman bizə qarşı vəhşiliklər törədib. Allah onların bəlasını versin. Bu, onların birinci terroru deyil”.
Şəhər sakini Yavər Mirzəliyev: "Ermənilərin törətdiyi təxribatları unutmamalıyıq. Bu təxribatlar, terrorlar ucbatından bizim günahsız vətəndaşlarımız şəhid olub. Bunların heç biri qəbuledilən deyil. Bu məsələlərlə bağlı ciddi tədbirlər görülməlidir. Onlar cəzasız qalmamalıdır".
Şəhər sakini Pərvanə Hüseynova: "Bu terror ermənilərin nə birinci, nə də sonuncu terroru idi. Onlar yenə də öz əməllərindən əl çəkmir. Günahsız insanları qətl edirlər. Sonra isə Azərbaycanı günahlandırırlar. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı".
Şəhər sakini Sərdar Orucova: " Erməni daşnaqları hər zaman özlərinə məxsus hərəkətlərindən geridə qalmayıblar. Onların vandal olduqlarını sübut edən faktlardan biri də məhz Bərdə terrorudur. Məhz Bərdə terrorunda da neçə ailənin işığı söndü, arzuları, ümidləri, xəyalları yarım qaldı. Neçə-neçə uşaq ailəsiz, neçə ailə uşaqsız qaldı. Ermənilər yenə də dinc əhaliyə qarşı soyqırım tətbiq etdilər. Biz heç vaxt Xocalı soyqırımını, Gəncə və Bərdə terrorlarını unutmayacağıq. Erməni milləti o qədər alçaq və şərəfsiz bir məxluqdular ki, heç vaxt öz əməllərindən peşman olmayacaqlar".
Şəhər sakini Gülpəri Məmmədova: "Onlar nakişilik ediblər. Kişi kimi meydanda döyüşmək əvəzinə günahsızları qətlə yetirirlər. O zamankı hadisələr dünənki kimi, gözümüzün qabağındadır. O hadilər insanın ürəyini parçalayır. Allah şəhidlərimizə rəhmət eləsin".
Şəhər sakini Elman İsmayılova: "Bu, terror aktıdır, vəhşilikdir. Azərbaycan heç vaxt sivil insanlara qarşı atəş açmayıb. Amma Ermənistan tərəfi insanları yatdığı yerdə onları öldürüb. Onların heç bir günahı yoxdur. Bu baxımdan düşünürəm ki, Ermənistan hüquqi cəhətdən cəzasını almalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB