Ağdam Zəfər Forumuna ev sahibliyi edib - SƏS TV

Ağdam Zəfər Forumuna ev sahibliyi edib - SƏS TV

Zəfər Forumunun növbəti ünvanı Ağdam rayonunun Quzanlı qəsəbəsi olub. Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Bərdə, Tərtər, Zərdab, İmişli, Laçın və Xocavənd rayonlarının təmsilçilərinin iştirakı ilə keçirilən Zəfər Forumu Ağdam Muğam Mərkəzində təşkil olunub. Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlar “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlayıblar.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq, İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi əhəmiyyətindən bəhs edib.

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxışlarında Müzəffər Ali Baş Komandana xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə edərək, Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, növbəti forumlar İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.

Müəllif: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə