Qırğızıstan səfirliyinin sərgisi təşkil olunub - FOTOLAR

Qırğızıstan səfirliyinin sərgisi təşkil olunub - FOTOLAR

24 Oktyabr Qırğızıstan səfirliyinin sərgisi təşkil olunub. SİA xəbər verir ki, sərginin layihə rəhbəri, təşkilatçısı Elnurə və Aygün İsgəndərovalar idi.

"Qırğızıstan Azərbaycan Rəssamlarının gözü ilə" adlı sərgidə Qırğızıstan mədəniyyəti, təbiəti, mətbəxi və adət ənənələri təsvir olunub. Giriş sözü ilə sərgini açan Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Usmanəliyev diplomatik əlaqələrin yüksək şəkildə olduğundan danışıb. Cənab səfir diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş sərginin möhtəşəm olduğunu bildirib. Bunun üçün Elnurə və Aygün İsgəndərovalara təşəkkür edərək bu mövzuda layihələrin davamlı olacağını bildirib.

Sərgidə qonaq qismində ölkəmizdə olan müxtəlif diplomatik nümayəndəliklərin üzvləri və mediya nümayəndələri, əməkdar artist, bəstəkar Elza Seyidcahan da iştirak ediblər.

Sərgidə müxtəlif yaş qruplarından olan 125 rəssam iştirak edib. Rəssamlar Qırğızıstan səfiri tərəfindən diplom və müxtəlif hədiyyələrlə təltif olunublar. Sərgi iştirakçıları eyni zamanda Qırğız mətbəxinə aid təamları da dadıblar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə