2022-ci ilin doqquz ayında Astara rayonunda 1014 körpə doğulub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Astara Rayon Statistika İdarəsindən bildirilib. İkin hesablamalara görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Astara rayonunda əhalinin sayı 578 nəfər və ya 0,5 faiz artaraq, 111869 nəfərə çatıb. Əhalinin 30,5 faizini şəhər, 69,5 faizini kənd sakinləri, 50,4 faizini kişilər, 49,6 faizini qadınlar təşkil edir.
Bu ilin doqquz ayında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 1014 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə doğulanların sayı 79 nəfər daha çoxdur. Körpələrdən 18-i əkiz doğulanlardır.
2022-ci ilin yanvar-sentyabr aylarında rayonda 436 ölüm halı qeydə alınıb və bu da keçən ilin müvafiq dövrünə nisbətən 75 nəfər daha azdır. Doqquz ayda əhalinin təbii artımı 578 nəfər olub və ötən ilin müvafiq dövrünə nisbətən 154 nəfər artıb.
Rayon qeydiyyat şöbəsi tərəfindən 426 nigaha daxilolma və 79 boşanma halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nigahların sayı 4,0-dan 5,1-ə qədər artıb, boşanmaların sayı isə 1,3-dən 0,9-a qədər azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB