Ağdaşda şəhid Xəqan Qurbanovun ailəsi ziyarət edilib

Ağdaşda şəhid Xəqan Qurbanovun ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ağdaş rayonunda şəhid Qurbanov Xəqan Daşqın oğlunun ailəsini ziyarət ediblər.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə şəhidin xatirəsi yad edilib, onun keçdiyi şərəfli döyüş yolundan bəhs olunub.

Nazirliyin əməkdaşları dövlətimiz tərəfindən şəhid ailələri ilə bağlı görülən sosial dəstək tədbirləri barədə ətraflı məlumat veriblər. Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər. Görüş zamanı ailəyə bundan sonra da daim qayğı göstəriləcəyi bildirilib.

Qeyd edək ki, Xəqan Qurbanov Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə