Macarıstanlı alimlər AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Macarıstan Dendroloji fondun alimləri Lənkəran Regional Elmi Mərkəzində (LREM) olublar. LREM-in direktoru professor Fərman Quliyev Budapeşt Macarıstan Beynəlxalq Dendroloji Fondunun təsisçisi və tədqiqat rəhbəri biologiya üzrə fəlsəfə doktoru Debreczy Zsolt və fondun nümayəndəsi fəlsəfə doktoru İstvan Raczla görüşüb, onlara mərkəzdə aparılan elm-tədqiqat işləri barədə geniş məlumat verib.
Daha sonra macarıstanlı alimlər mərkəzin Təcrübə sahəsinə baş çəkib, burada becərilən çay və sitrus bitkiləri ilə yaxından tanış olublar. Professor Fərman Quliyev qonaqlara müəssisədə aparılan elmi tədqiqat işləri, xüsusən də yeni çay sortlarının yaradılması sahəsində əldə olunan nailiyyətlər,həmçinin burada
tədqiqat obyekti olan sitrus bitkiləri, limon, naringi, quayava, endemik və dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekzotik bitkilər barədə ətraflı məlumat verib. Yeni çay sortu “Fərmançay” bitkisinin yarpaqlarından laboratoriya şəraitində emal edilən qara çayı dequstasiya edərək yüksək qiymətləndiriiblər. Görüşdən məmnun qalan macarıstanlı alimlər LREM ilə müştərək elm-tədqiqat işləri aparmaq barədə
razılığa gəliblər.
Mərkəzin gənc əməkdaşı Aydan Qurbanova müəssisədə görülən işlərin qonaqlara çatdırılmasında tərcüməçi kimi yaxından iştirak edib.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB