Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanına əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ştat vahidi 250 nəfər artırılıb. SİA xəbər verir ki, bu barədə AQTA sədri bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Fərmana əsasən, artırılmış regional bölmələrin 31 ştat vahidinin 2022-ci il noyabrın 1-dən, aparatın 15 ştat vahidi və regional bölmələrin 95 ştat vahidinin 2023-cü il yanvarın 1-dən, regional bölmələrin 109 ştat vahidinin 2024-cü il yanvarın 1-dən maliyyələşdirilməsi həyata keçiriləcək.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB