“Kişilik şalvar deyil, xarakterdir” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Kişilik şalvar deyil, xarakterdir” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Mən insanlara geyiminə deyil, şəxsiyyətinə, ləyaqətinə, əməllərinə görə qiymət verilməsinin tərəfdarıyam. Məşhur ifadə var: “Kişilik şalvar deyil, xarakterdir”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, bu baxımdan XXI əsrdə insanların geyiminin bu qədər ciddi müzakirə olunmasını doğru hesab etmirəm: “İnsan özünü hansı qiyafətdə sərbəst, rahat hiss edirsə o cür də geyinməlidir”.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Mən geyimi əxlaqın göstəricisi hesab etmirəm. Amma yaşadığımız ölkənin şərtləri, mental dəyərlərimiz müəyyən qaydalara əməl etməyimizi qaçılmaz edir. Bizim rahatlığımız başqaları üçün narahatlıq yaratmamalıdır. İctimai mühitin öz geyim qaydaları var. Bu qaydalara əməl etməyə çalışmalıyıq. Yeri gələndə tolerant olmaq, bir-birinə qarşı dözümlülük göstərmək lazımdır.

Qadın da, kişi də şortik geyinə bilər. Sadəcə, məkanı düz seçmək lazımdır. Təsəvvür edin ki, deputatlığa namizəd olan hansısa bir kişi şortik geyinib seçiciləri ilə görüşə gedir. Sizcə, ona münasibət necə olacaq? Əlbəttə, bu hərəkətinə görə onu qınayacaqlar, bəlkə də salondan qovacaqlar. Amma kimsə şortik geyinib dağa, bağa gedirsə, buna görə onu qınamaq lazım deyil.

Aydın məsələdir ki, kosytumla, qalstukla meşədə gəzmək, çayda balıq tutmaq doğru olmaz. Çünki həmin məkanların öz geyim tərzi var.

Azərbaycan cəmiyyətinin, şortik geyinən qadınlardan fərqli olaraq, şortik geyinən kişilərə qarşı aqressiv olması ilk növbədə daşıyıcısı olduğumuz mental dəyərlərlə bağlıdır. Görünür, qadın zəriflik, gözəllik rəmzi olduğu üçün cəmiyyət şortiki ona yaraşdırır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə