“Bioloji aktiv qida məhsullarının qeydiyyatı tələb olunacaq” - AQTA SƏDRİ

“Bioloji aktiv qida məhsullarının qeydiyyatı tələb olunacaq” - AQTA SƏDRİ

1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşib. SİA xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyi sahəsində görülən işlərlə bağlı keçirilən mətbuat konfransında məlumat verib.

Bildirib ki, yeni qanuna əsasən 1 yanvardan etibarən ölkəyə idxal olunan bioloji aktiv qida məhsullarının istehsal obyektinin təsdiqedici sənədi və qeydiyyatı tələb olunacaq.

Bioloji aktiv qida məhsullarının satışı ilə bağlı apteklərə nəzarətin gücləndiriləcəyindən söz açan QoşqarTəhməzli tibbi reseptlərdə bioloji aktiv qida məhsullarını dərman vasitəsi kimi qeyd edən həkimlərin inzibati məsuliyyətə cəlb olunacağını bildirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə