“Azərbaycan dilində markalanması olmayan məhsullarla bağlı ciddi tədbirlər görülür” - QOŞQAR TƏHMƏZLİ

“Azərbaycan dilində markalanması olmayan məhsullarla bağlı ciddi tədbirlər görülür” - QOŞQAR TƏHMƏZLİ

Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirləri nəticəsində idxal-ixrac əməliyyatları prosesində 3 620 ton və 20 460 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid məhsul barədə zərərsizləşdirilmə, məhv edilmə, geri qaytarılma və ya utilizasiyaya dair qərarlar qəbul olunub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib.

Bildirib ki, məhv edilmiş məhsulların siyahısına 1 760 kq dənli-paxlalı bitkilər, 171 ton meyvə və tərəvəz, 66 ton əkin-səpin materialları, 340 kq unlu qənnadı məmulatları, 5 107 kq müxtəlif qida məhsulları və 29 405 ədədbioloji fəallığa malik qida əlavələri daxildir: “Yeni Qanundan irəli gələn tələblərlə bağlı Azərbaycana qida məhsulları idxal olunan ölkələrə rəsmi məlumat verilib. Həmin ölkələrin sistemlərinin və qida obyektlərinin qiymətləndirilməsinə başlanılıb. Həmçinin qeyd edim ki, Azərbaycan dilində markalanması olmayan məhsulların ölkəyə daxil olmasının qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə