“Enerji içkiləri ilə bağlı əsasən 2 növ uyğunsuzluq aşkarlanır” - QOŞQAR TƏHMƏZLİ
“Yeni qəbul olunmuş qanunun özəlliyi ondan ibarətdir ki, mineral suların üzərində həmin suyun müalicəvi əhəmiyyəti ilə bağlı yazılar olmayacaq”. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, aparılmış monitorinqlər zamanı enerji içkiləri ilə bağlı əsasən 2 növ uyğunsuzluq aşkarlanır: “Əsas uyğunsuzluq enerji içkisi olan məhsulların markalanmasında ciddi pozuntuların olması və enerji içkisi olmadığı halda üzərində enerji içkisi təəssüratını yaradan ifadələrdən istifadə edilməklə istehlakçıların aldadılmasıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB