Ölkəmizin hər yerində şəhidlərə böyük ehtiram göstərilir, şəhid ailələri diqqətdə saxlanılır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Masallı rayonunda da şəhidlərin xatirəsi daim əziz tutulur və şəhid ailələri rayon rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunurlar.
Masallı rayonunun Viləş kəndindən olan Aprel döyüşləri şəhidi Nurlan Əsgərli adına olan küçəyə asfalt döşənib. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, Aprel döyüşlərinin şəhidi Nurlan Ələsgərli Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin qardaşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB