Toylar insanlar arasındakı bağları gücləndirir. Beləliklə, həm əyləncəli anlar keçir, həm də çox səmimi münasibət yaranır. İnsanların bir yerdə əylənməsi toyun əsas məğzini təşkil edir.

Toy günü həm əyləncəli, həm də stresli bir gündür. Əsas stres səbəblərindən biri qonaqların toydan razı qalmasıdır. Bütün bunlardan əlavə, bir sıra məsələlər gəlinlə bəyin əsəblərini gərəcək. Belə ki, kimisi gəlinlik paltarının ayağına basacaq, kimisi rəqs meydançasına uşaqlarını buraxacaq. Bununla da çəkilən əziyyət və kadrlar korlanacaq.

Toyu korlayan şəxslərdən biri də spirtli içkinin miqdarını qaçıran qonaqlardır. Belə ki, onlar içkinin təsirində olaraq qeyri-etik və qeyri-ciddi hərəkətlər edirlər. Bu da bəy, yaxud gəlini qonaqlar arasında rəzil edir. İnsan spirtli içkinin dozasını bir az tənzimləyə bilməlidir.
Gəlinin saçı, tortu, bəzəkləri deyəndə toya gələn qonaqlar arasında çox danışılacaq. Oyun ab-havası ilə söhbətə o qədər baş qarışır ki, analar uşaqlarına çox laqeyd yanaşırlar.

Toyu məhv edən digər bir qrup isə telefonla videoqraf və fotoqrafların işinə maneə olan qonaqlardır. Gəlinlə bəy fotoqraf və videoqraf üçün yüksək məbləğdə vəsait ayırır. Ən azından qonaqlar onlara hörmət əlaməti olaraq kənara çəkilməli, hər kəsin öz işini görməsini anlamalıdır.
Bildiyimiz kimi, toy günü gəlinlik gəlinin üzərinə tam sıx bir şəkildə bərkidilir. Xüsusilə də ağır və qabarıq gəlinlikləri daşımaq olduqca çətindir. Toya gələn azyaşlı uşaqlar isə gəlinlikdən sanki xalça əvəzi iştirak edir. Bununla bağlı uşaqlarınızı öncədən tənbeh edin.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB