N hərbi hissəsinin komanda-qərargah təlimi keçirilir- FOTO

N hərbi hissəsinin komanda-qərargah təlimi keçirilir- FOTO

Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində N hərbi hissəsinin qərargah zabitlərinin iştirakı ilə kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin çevik qərar qəbuletmə bacarıqlarını, döyüşü idarəetmə qabiliyyətini artırmaq, həmçinin bölmələr arasında qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə