Azərbaycan komitənin 72-ci sessiyasında təmsil olunub - FOTOLAR

Azərbaycan komitənin 72-ci sessiyasında təmsil olunub - FOTOLAR

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (BDT)Texniki əməkdaşlıq üzrə komitəsinin Londonda keçirilən72-ci sessiyasında ölkəmizi təmsil edib. SİA xəbər verir ki, tədbirdə DDLA-nın İdarə Heyəti sədrinin müavini Renat Rzayev, Gəmi qeydiyyatı və təsnifat cəmiyyətləri iləiş departamentinin direktoru Seyidilyas Qədirov iştirak edib.

Sessiyanı giriş sözü ilə açan BDT-nin baş katibi Kitak Lim texniki məsələlərə dair beynəlxalq ticarət gəmiçiliyi üzrə dövlətlərarası əməkdaşlığın zəruriliyindən və bu sahədə tətbiq olunan yeniliklərin əhəmiyyətindən danışıb.

İki həftə davam edən panel iclaslar zamanı bütünləşdirilmiş Texniki Əməkdaşlıq Proqramının 2021-ci il üçün illik hesabatı dinlənilib.

Qadınların dəniz nəqliyyatı sahəsində fəallığı müsbəthal kimi dəyərləndirilib və gələcəkdə bu göstəricinin dahada artması istiqamətində tədbirlərin zəruriliyindən danışılıb.

Sessiya günlərində tematik uzunmüddətli layihələrin müzakirəsi zamanı Norveçin “SENSREC”, BMT-nin Kompyutinq Mərkəzinin Texniki əməkdaşlıq alt komitəsinin, eləcə də digər məsul orqanların müvafiq layihələrinin yararlılığı barədə fikirlər səsləndirilib.

Tədbir zamanı “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” barədə də müəyyən məqamlara toxunulub.

Sessiyada regional əməkdaşlıq müzakirə olunanmövzular siyahısında yer alıb. Bir sıra ölkələrin bu istiqamətdə təqdim etdiyi sənədlərə baxılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sessiyanın sonuncu günündə DDLA-nin nümayəndəheyəti Türkiyə, Malayziya, Gürcüstan və Səudiyyə Ərəbistanı Krallığının nümayəndələri ilə görüşüb. İkitərəfli görüşlər zamanı dənizçilərə verilən sənədlərin qarşılıqlı tanınması, dövlət bayraq və dövlət liman nəzarətisahəsində mövcud təcrübənin həyata keçirilməsi, eləcə dədigər istiqamətlərdə genişmiqyaslı müzakirələr aparılıb. Gələcəkdə bu səpkili görüşlərin mütəmadi olaraq keçirilməsi barədə razılıq əldə olunub.

Həmçinin agentliyin nümayəndə heyətinin BDT-ninQərbi Asiya və Şərqi Avropa regionu üzrə meneceri İvalyo Valevlə də görüşü olub. Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq olunması, gələcəkdə əməkdaşlar üçün təlimlərin keçirilməsi məsələləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə