“Tik-Tok”dan istifadə edənləri hansı cəza gözləyir? - QURUM RƏSMİSİ AÇIQLADI
Bildiyimiz kimi, ölkədə “TikTok” istifadəsi müvəqqəti qadağan edilib. Lakin müəyyən kütlə var ki, “VPN”lə “TikTok”dan istifadə edir. Onlar hər hansı şəkildə cəzalandırılırmı? Yaxud onlarla bağlı hər hansı bir tədbir görülməlidirmi? Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq RİNN-in Rəqəmsallaşdırma Sahəsində İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vüsalə Səid Əyyubqızı məlumat verib.

Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, "VPN" tətbiqlərindən istifadə, kiber mühitdə vətəndaşların məlumatlarının təhlükəsizliyi üçün ciddi riskdir: “Belə ki, "VPN" xidmətini təqdim edən tərəf istifadəçilərin məlumatlarına nəzarətlə yanaşı onları ələ keçirə bilər. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara "VPN" tətbiqlərindən istifadə etməməyi tövsiyə edir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB