Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr hələ 1992-ci ildə yaradılıb. 1995-ci ildə Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ildə Tiflisdə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verdi. Bundan başqa 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açıldı.
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxarıb. Hər iki xalq istər Azərbaycan, istərsə də Gürcüstan əsrlər boyu bir-birinin yanında olmuş, həmişə dostluq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də həmin əlaqələr yüksək səviyyədədir. İki ölkə arasında dostluq və dövlətlərarası əlaqələr möhkəm təməl üzərində qurulub.
Prezident İlham Əliyevin 24 oktyabr Gürcüstana səfəri zamanı Baş Nazir İrakli Qaribaşbili ilə görüşü zamanı bu fikirlər öz təsdiqini tapıb. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl BAKI SUPSA, BAKI TBLİSİ CEYHAN, BAKI TBİLİSİ ƏRZURUM və TRASECA kimi qlobal enerji nəqliyyat komminikasiya lahiyələri birləşdirir. Həmin lahiyələr hər iki ölkəni bir-birinə strateji cəhətdən bağlayır. Bununla paralel olaraq GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində də əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirir.
Azərbaycan və Gürcüstan arasında birgə Bəyannamə, təhsil sahəsində əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikasının höküməti ilə Gürcüstan höküməti arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalanması da bu ölkələr arasındakı dostluq münasibətlərin bir daha təsdiqləyir.
Bütün bunlar Azərbaycanla Gürcüstanın strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkə olmasının nəticəsidir. Bunlar bir daha təsdiqləyir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan-Gürcüstan dostluğu sarsılmazdır.
İki ölkə arasındakı əlaqələrin tarixi kökləri vardır. Xalqlarımız əsrlər boyu mehriban dostluq şəraitində yaşayıb. Bundan əlavə müstəqillik illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Gürcüstanın o vaxtkı lideri Eduard Şevardnadze tərəfindən möhkəm özül üzərində qurulan dostluq əlaqələri ildən ilə daha da möhkəmləndi. Hal- hazırda Azərbaycan Prezidenti İlham Əliyev də Gürcüstan ilə əlaqələrə çox böyük önəm verir. Bunun nəticəsidir ki, ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Gürcüstana səfəri zamanı Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq bildirib ki, biz sülh tərəfdarıyıq. 5 əsas prinsipdən ibarət təklifimizi Ermənistan tərəfinə təqdim etdik. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə hazırdırsa ölkəmiz buna hazırdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətin olmalıdır. Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır. Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və digər sahələrdə mövcud problemlərinin həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlər həyata keçirilməkdədir. Biz buna çox şadıq və əlaqələrimizin daimi və möhkəm olması istiqamətində dövlət səviyyəsində bütün mühüm addımlar atılacaqdır.
Tavat Muradova
149 N-li tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB