Su borusunun partlamasına görə üç marşrutun hərəkəti dəyişdirilib
Yasamal rayonu Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Qeyd olunub ki, hal-hazırda qeyd olunan marşrutlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB