Vətən müharibəsi şəhidi Teymur Həsənovun xatirəsi yad edilib - FOTO

Vətən müharibəsi şəhidi Teymur Həsənovun xatirəsi yad edilib - FOTO

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Nəsimi Rayon İcra Hakimiyyətindən (RİH) SİA-ya bildirilib ki, Vətən müharibəsi şəhidi Həsənov Teymur Mahal oğlunun şəhadət günündə əziz xatirəsi RİH başçısının, Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri və şəhidin ailə üzvlərinin iştirakı ilə dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə