İndiki gənclərə yengə lazımdır? - ARAŞDIRMA

Bildiyimiz kimi, hər bir xalqın özünəməxsus toy adət-ənənələri var. Bunlardan biri də yengədir. Belə ki, ölkəmizin bir çox bölgələrində ilk toy gecəsi yengə olur. Bəs, yengə kimdir?

Yengə bəy və gəlinin yaxın qohumlarından və inanılmış adamlarından təyin olunub. Həmçinin əsas şərtlərdən biri yengənin görüb keçirmiş, evli bir qadın olmasıdır.

Qeyd edək ki, əvvəllər yengə məsələsinə çox böyük önəm verilirdi. Bu sanki, qızın ilk toy gecəsi bakirə olduğunu sübut etmək üçün sənəd idi. İndi isə bunlara o qədər də önəm verilmir. Yəni, indi bir çox bəy və gəlinlər yengə istəmir. Çünki dövr inkişaf edib, texnologiya günü-gündən formalaşır və gənclər hərşeyi bilir. Yəni, artıq yengəyə bir o qədər də ehtiyac yoxdur.

Yengə daha çox dayıarvadı, xalaarvadı, qızın xalası və s. təcrübəli qadınlar arasından seçilir. O qızı ilk gecəyə hazırlayır, ona bir sıra vacib məqamları tapşırır.

Bəzi yerlərdə həm oğlan, həm də qız yengəsi qapınıın ağzında gözləyir və toy gecəsinin uğurlu olmasına nəzarət edirdi. Azərbaycanın əksər bölgələrində yengələr toy gecəsi gəlinin bakirəliyi pozulandan sonra qohumlara gözaydınlığı verirdi.

Evlilikdə ilk gecə həm kişilər, həm də qadınlar üçün çox xüsusi bir gün olsa da, ən böyük həyəcanı qadınlar yaşayır. İlk gecəni "toy gecəsi", yaxud "gərdək gecəsi" adlandırırlar.

İlk gecədə cütlüklər əvvəlcə özlərinə vaxt ayırmalıdırlar. Bu müddət ərzində qadınların istirahət etməsi xüsusilə vacibdir.

Cütlüklərdə çox rast gəlinən ilk gecə qorxusunu aradan qaldırmaq üçün əvvəlcə ünsiyyət qurmaq lazımdır. Onlar qorxularını bir-biri ilə paylaşmalıdırlar. İnsanlar ilk gecə qorxusunu aradan qaldırmaq üçün evlilikdən əvvəl də seks terapevtlərindən dəstək ala bilərlər.

İlk gecə qadınların ümumiyyətlə qorxu ilə iç-içə olduğu bir vaxtdır. Ancaq bu nöqtədə tərəfdaşlar düzgün yanaşma etsələr, bu dövrü heç bir problem olmadan aşmaq olar. Qadının istirahət etməsi və cinsi əlaqəyə hazırlaşması çox vacibdir.

Yengə obrazına bütün türk xalqlarının toy mərasimlərində rast gəlinir. Qazaxlarda və qaraqalpaqlarda jenqe, özbəklərdə yanqa, türkmənlərdə enne, altaylarda yenqezi eyesi, Anadolu türklərində yenqe, Dağıstan tərəkəmələrində yengə, tuvalılarda çenqem, habelə taciklərdə yanqa vurova adlanan bu personaj bütün xalqlarda eyni funksiyanı icra edir.

Hətta, bəzi Bakı kəndləri və bölgələr var ki, ilk toy gecəsi gəlin bakirə olarsa tüfəngdən 3 atış atılır. Əgər bu atılmazsa deməli gəlin qız çıxmayıb.

Afrikanın mərkəzi bölgələrində yaşayan Baxutu tayfasının toy gecəsi öz fərqli adət-ənənələri var. Belə ki, Baxutu tayfasında toy gecəsi bəylə gəlin nəinki bir-biri ilə yaxınlıq etməməli, həm də bir-biri ilə dalaşmalıdırlar.

Türkiyədə toy gecəsinin səhəri bəy evinin eyvanından qanlı mələfə asılırdı. Bu, təzə gəlinin bakirə olduğunu qohumlara bildirmək üçün idi. Lakin eyvandan ağ mələfə asılardısa, bu, gəlinin bakirə olmadığından xəbər verirdi.

SİA mövzu ilə bağlı cərrah, mama-ginekoloq Ləman Əliyevanın fikirlərini öyrənib: "Bunun üçün qız uşaqlarını az yaşlarından maarifləndirmək lazımdır. Yəni, cinsi tərbiyə mütləqdir.

Həmçinin, aybaşı dönəmi də izah edilməlidir. Qızlar anaları ilə rəfiqə olmalıdır. Müəyyən bir yaş dövründə qız uşaqlarına cinsi orqanın anatomik quruluşu öyrədilməlidir. Qız uşağı bilməlidir ki, harada nə yerləşir və proses necə olacaq. Əgər bunlar vaxtında olarsa, əlavə qorxu və stress də az olar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə