"Gənc Mühasiblər Birliyi"nə kimlər müraciət edə bilər? - ARAŞDIRMA

"Gənc Mühasiblər Birliyi"nə kimlər müraciət edə bilər? - ARAŞDIRMA

Hələ bizim eradan әvvәl 2000-ci ildә uçot sisteminin inkişafı Çindә, ikili mühasibatlığın elementlәri isә qәdim Romada qeydә alınmışdır. Mühasibat uçotunun әsasını ikitәrәfli yazılış üsulu tәşkil edir. Bu üsul ilk dәfә Roma universitetinin professoru, İtaliyan riyaziyyatçı alimi Luka Paçoli tәrәfindәn tәtbiq edilmişdir. Belә ki, o 1494-cü ildә özünün böyük әsәri olan “Hesablar vә yazılışlar haqda traktak”ını yazaraq uçotun ilk sistemlәşdirilmәsini hәyata keçirmişdir.

Mühasibat uçotu – tәsәrrüfat subyektlәrinin bütün maliyyә - tәsәrrüfat fәaliyyәtinin pul istifadәsindә, fasilәsiz, başdan-başa, sәnәdlәşdirilmiş vә mühasibat yazılışlarında ikili yazılış üsulu ilә qaydaya salınması sistemini özündә әks etdirir.

Ümumdünya mühasibat konqresləri 1977-ci ildə yaradılmışdır və Beynəlxalq Mühasiblər Federasiyasının himayəsi altında keçirilir. Hazırda onun üzvləri ictimai təcrübə, sənaye, ticarət, idarəetmə və akademik fəaliyyətlə məşğul olan 2,5 milyon mühasibi öz sıralarında birləşdirən dünyanın 124 ölkəsindən 159 peşəkar təşkilatdır. Federasiyanın əsas vəzifəsi bütün dünyada mühasiblər üçün vahid qaydalar formalaşdırmaqdır. Federasiyaya bir çox komitə və komissiyalar daxildir, məsələn, mühasibat uçotu və audit standartlarını hazırlayan Beynəlxalq Maliyyə Hesabatları Standartları Komitəsi, mühasiblər üçün məcburi olan etik standartları və korporativ davranış standartlarını müəyyən edən Etika Komitəsi və s. Qərargahı Nyu Yorkda yerləşir.

Azәrbaycanda isə mühasibat uçotun qurulmasında müstәsna rolu olan iqtisadçı Әliqulu Fәrәcov 1917-1920-ci illәrdә hesabdar- mühasiblәr kursu açaraq onu dövrün tәlәblәrinә uyğun tәşkil etmişdir. Bunun üçün o rus alim-mütәxәssislәrini Azәrbaycana dәvәt edәrәk, onların tәcrübәsindәn istifadә etmişdir.

Ölkəmizdə mühasibatlıq sahəsinə olan maraq çoxlu sayda mütəxəssislərin yaranmasına rəvac vermişdir. Ancaq mütəxəssislərin yaranması heç də özbaşına əmələ gəlmir. Mühasibat uçotu ilə bağlı günü-gündən təkmilləşən qanunvericiliyimizin dərinliklərini öyrənmək peşəkar yanaşma tələb edir. Bu da mühasib kimi çalışmaq istəyən şəxslərə bir-çox çətinliklər yaradır. Bu çətinliklərin aradan qaldırılması üçün ölkəmizdə "Gənc Mühasiblər" İctimai Birliyi yaradılmışdır.

Əsas məqsədi ölkədə mühasibatlığın beynəlxalq standartlara cavab verməsi, yerli sahibkarlıq strukturlarına bu istiqamətdə köməklik göstərilməsi və Azərbaycan Respublikasında müasir mühasibatlığın inkişafına dəstək göstərilməsi olan “Gənc Mühasiblər” İctimai Birliyi 15 fevral 2000-ci il tarixində dövlət qeydiyyatına alınmış və hazırki dövrə qədər uğurlu fəaliyyət göstərməkdədir.

"Gənc Mühasiblər" İctimai Birliyinin sədri Solmaz Əliyeva bu haqda SİA-ya açıqlamasında qeyd edir. "Gənc Mühasiblər" İctimai Birliyi bu peşə üzrə ödənişsiz peşə kursları təşkil edilmişdir. Mühasibatlıq bazası olan bütün işsiz şəxslər kurslardan yararlana bilər.

“Dövlət Məşğulluq Agentliyi”nin “Gənc Mühasiblər Birliyi” ilə birgə əməkdaşlığına əsasən, Mühasibatlıq peşəsi üzrə ödənişsiz peşə hazırlığı kursları uğurla bitirən şəxslərə "Gənc Mühasiblər" Birliyi tərəfindən sertifikat veriləcək və onların məşğulluğunun təmin olunmasına dəstək göstərilir.

Peşə hazırlığında iştirak etmək üçün lazım olan meyarlar ilə tanışlıq və qeydiyyat üçün forumu doldurmaq lazımdır. Peşə hazırlığına cəlb olunmaq istəyən vətəndaşlar üçün ilkin və əsas meyar məşğulluq altsistemində “işsiz” və ya “işaxtaran” kimi qeydiyyatda olmasıdır.

Müraciət edən şəxslər məşğulluq imkanları qiymətləndirildikdən sonra, peşə hazırlığı istiqaməti üzrə uyğunluğu təsdiqləndiyi halda peşə hazırlığı kurslarına cəlb edilir.

Qeyd edək ki, peşə kurslarında iştirak etmək istəyən şəxslərin mühasibatlıq üzrə baza bilikləri olmalıdır.

2019-cu ildə isə “Gənc Mühasiblər” İctimai Birliyi (GMİB) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müvafiq qərarı ilə “Peşəkar Mühasib Təşkilatı” statusuna layiq görülərək akkreditasiyadan keçmişdir. Bütün fəaliyyəti dövründə ictimai birlik vətəndaş cəmiyyətinin inkişafı, sağlam biznes mühitinin formalaşması, mühasibatlıq sahəsində kadrların hazırlanması, bu sahədə layihələrin keçirilməsi, cəmiyyətdə sahibkarlıq strukturlarının rolunun artırılması, həssas qrupdan olan insanların inkişafı istiqamətində davamlı fəaliyyət göstərmişdir.

Təşkilatımızın 20 illik fəaliyyəti dövründə hər il 25-30 nəfər ixtisasını artırmış gənc, mühasib və bir çox peşə sahələri üzrə kadr kimi hazırlanaraq işlə təmin olunmuşdur.

HƏDƏFLƏRİMİZ

Ölkədə aparılan iqtisadi inkişafa yönəlik islahatlarda yaxından iştirak etmək və öz töhvəsini vermək.

Müasir iqtisadi bilikli kadrların, sosial cəhətdən həssas qrupların gənc mühasib və digər peşə sahələri üzrə mütəxəssislərin hazırlanmasına dəstək vermək.

Sahibkarlıq vərdişlərinin formalaşdırılması, qeyri-neft sektorunun və kiçik biznesin inkişafı istiqamətində, habelə, sahibkarlıq və vergi mədəniyyətinin formalaşmasında fəal iştirak və maarifçiliyin təşkili.

İqtisadi sektorda, mühasibatlıq və digər sahələrdə qanunvericiliyin tətbiqi istiqamətində təbliğatın aparılması.

Qeyri-hökumət və biznes strukturlarında mühasibatlıq, marketinq, menecment, layihə idarə olunması və digər kurs, kadrların hazırlanması xidmət mədəniyyətinin təşkili.

Xarici ölkələrdə mühasibatlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və təbliği, beynəlxalq əlaqələrin təşkili, təcrübə mübadiləsi.

Gənc mühasiblərə, menecerlərə və digər peşə sahiblərinə informasiya və məsləhət xidmətinin təşkili.

VƏZİFƏLƏRİMİZ

Aztəminatlı ailələrdən olan gənclərə ödənişsiz mühasibatlıq, kompüter (elektron mühasibatlıq), dil kursları kimi müxtəlif kursların təşkili və onlara hərtərəfli dəstək.

Gənclərin məişət, sosial və peşə problemlərinin həllində kömək etmək.

Qarabağ bölgəsindən olan vətəndaşların, o cümlədən əlillərin çalışdığı müəssisələrə ödənişsiz mühasibatlıq xidmətinin göstərilməsi.

Uşaqların və gənclərin mənəvi-əxlaqi səviyyələrinin yüksəldilməsinə, onların milli və dünya mədəniyyətinin nailiyyətlərinə yiyələnməsinə, klassik təhsilin intibahına hərtərəfli kömək göstərilməsi, humanitar təhsil müəssisələrinin işində iştirak edilməsi.

İnternatlarda, uşaq evlərində, bağçalarda, qocalar evlərində yaşayan insanların maddi durumunun yaxşılaşması üçün onlara hər cür köməkliklər göstərmək.

Aztəminatlı, kimsəsiz, Qarabağ bölgəsindən olan ailələrdəki gənc və istedadlı tələbə və şagirdlərə maddi və mənəvi kömək göstərilməsi.

Həmçinin bir çox regionlarda Layihələr həyata keçiririk. Layihələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin məqsədi ölkə iqtisadiyyatına və ölkəmizdə qadınların, həm də gənc qızların maliyyə savadlılığının artırılmasına dəstək göstərməkdir.

Qeyd edək ki, layihə 1 sentyabr 2022-ci il tarixindən 1 noyabr 2022-ci il tarixinə qədər müddəti əhatə edir.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə