“Aksiyaların keçirilməsi bir növ şoudur” -SORĞU

“Aksiyaların keçirilməsi bir növ şoudur” -SORĞU

Azərbaycan dövləti daim öz xalqının həyat şəraitinin yaxşılaşdırılnası üçün tədbirlər görüb və görməyə davam edir. Ölkə başçısı İlham Əliyev millətin həyat şəraitinin yaxşılaşdırlıması üçün bir çox layihələrə imza atmış, bir çox proqramlar tərtib edib. Lakin buna baxmayaraq dövlətimizin tərkibində yaşayan bəzi müxalif düşüncəli insanlar yenə öz əməllərindən geri qalmır, narazılıqlar edirlər. Dövlət əleyhinə şüarlar səsləndirir, aksiyalar keçirirlər. SİA olaraq şəhər sakinlərinin fikirlərini öyrəndik:

Şəhər sakini Hafiz Bəşirov: “Düşünürəm ki, bu cür aksiyaların təşkil edilməsi düzgün deyil. Onların özləri də heç bilmirlər nə desinlər aksiyalarda. Sadəcə göstəriş üçün bu cür aksiyalar keçirirlər. Yəni bunlara ehtiyyac yoxdur”.

Şəhər sakini Gülnaz Qasımov: “Hər dövlətin tərkibində müxalif fikirli insanlar mövcuddur. Onların arxasında da müəyyən dövlət əleyhinə qüvvələr var. Dövlət hər zaman çalışır ki, onun vətəndaşları firəvan həyat sürsün. Bir çox sosial məsələlərin həlli üçün işlər görülür. Amma müxalif qüvvələr yenə də öz mənfi fikirlərini cəmiyyətə təbliğ etmək istəyirlər”.

Şəhər sakini Ruslan Məmmədov: “Hər kəsi razı salmaq mümkün deyil. Hər zaman toplum arasında narazılıq edənlər olur. Dövlət əleyhinə mitinqlərin, aksiyaların keçirilməsinə ehtiyyac yoxdur. İnsanlar öz narazılıqlarını düzgün şəkildə də ifadə edə bilərlər. Aksiyaların keçirilməsi bir növ şoudur”.

Şəhər sakini Təranə Zəfərova: “Müxalif düşüncəli insanlar hər zaman olub və olacaq. Bu, tək bizim ölkədə deyil, bir çox ölkələrdə belədir. Həmişə narazı olan, olunanları bəyənməyən tərəfi mütləq ki, olur. Lakin bilmək lazımdır ki, xəyanətkar insan çox şey edə bilər. Burada söhbət torpağına, vətəninə edilən xəyanətdən gedir”.

Şəhər sakini Natəvan Məmmədova: “Ölkəmiz inkişaf etməyə başlayıb, müasirləşir. İnsanların vəziyyətimin yaxşılaşdırılması üçün işlər görülür. İnsanlar işlə təmin olunur. Amma müxalif qvvələr hər zaman dövləti pisləməyə çalışırlar. Guya dövlət heç bir iş görmür. Mənasız aksiyalar edirlər, fikirlər səsləndirirlər. Bunların hamısı boş işlərdir. Mənə elə gəlir ki bu aksiyalar yersizdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə