Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi keçirilir

Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə “Bilim Bakı” mərkəzində 6-14 yaşarası şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi çərçivəsində özəl təlimlər keçirilir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ümumilikdə 150-yə yaxın uşağın qoşulduğu təlimlər “Həndəsi cisimlər”, “Rəngləri öyrənirəm”, “Proqramlaşdırma” mövzularını əhatə edir. Təlimlərdən sonra uşaqlar üçün əyləncəli təcrübələr və kino saatı təşkil olunur.

Əsas məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmək imkanı yaratmaq, istirahət günlərinin səmərəli təşkilini təmin etmək və onlar arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.

6-14 yaşarası şəhid övladları üçün təlimlərin davamlı keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə