Hamam mədəniyyəti haqqında nə bilirik? - ARAŞDIRMA

Hamam mədəniyyəti haqqında nə bilirik? - ARAŞDIRMA

Türk mədəniyyətində hamamın mühüm yeri var. Bu, türklərin xaricdə ən çox tanınan mədəni irsi hesab olunur.

Osmanlı dövründən qalma bir ənənə olan gəlin hamamına keçmişdə olduğu kimi, bu gün də bir çox gəlin namizədləri üstünlük verir. Son zamanlar fərqli konseptlərlə birləşdirilən gəlin hamamı əyləncəsi həm gəlin namizədi, həm də qonaqlar üçün unudulmaz anlar yaşamağa kömək edir.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Gəlin hamamında oğulları evlilik yaşında olan kişilərin analar hamamlarda onlara qız bəyənirdi. Belə ki, oğluna ərə getməyə qız axtaran analar qızların bədən quruluşuna baxardılar. Onlar ən çox da bəyəndikləri qızların ayaqlarının əyri olub-olmamasına baxardılar. Bu gün də bəzi Anadolu bölgələrində bu adət davam edir. Bəzi yerlərdə anaların hamama uzun çubuqla gəlməsi adətdir. Beləcə, kənarda oturan bu yaşlı qadınlar əllərindəki çubuqların köməyi ilə qızların ayaqlarının düz olub-olmadığını müşahidə edirdilər. Qız hamamda çimərkən bütün bədəni yoxlanılır. Həmçinin qızda zədə və çapıq olub-olmamasına da baxılır.

Həmçinin, keçmişdə bəzi evlərdə hamam və su olmadığından hamama daha çox gedirdilər və oğlan anaları qızı da burada qız bəyənirdilər.

Toydan əvvəl stress atmaq və qız-qıza mükəmməl gün keçirmək üçün hamamda yığıncaq təşkil etmək türklər üçün bir ənənədir. Gəlin hamamına gələcək insanlar arasında ana, qayınana, rəfiqələr və sevdikləriniz olur.

Toydan əvvəl həm dəriyə, həm də beyinə yaxşı qulluq etmək lazımdır. Bu özəl günə həm fiziki, həm də ruhən hazırlaşmaq üçün ən uyğun yerlərdən biri də türk hamamıdır. Gəlin hamamı üçün təşkil edəcəyiniz hamamda dəriyə qulluq, üz baxımı, manikür, pedikür, masaj, skrab və saç baxımı kimi xidmətlər olur. Sauna, duz otağı, cakuzi və buxar otağı kimi xidmətləri də təqdim edən hamamlar sizin üçün mükəmməl olacaq. Sizin və qonaqlarınızın bütün bu xidmətlərdən yararlanması üçün hamam təşkil edərkən mütləq bu xidmətlərin olub-olmaması barədə dəqiq məlumat almalısınız.

Musiqisiz hamamı təsəvvür etmək olmaz. Özünüzün çala biləcəyi bir musiqi aləti ideal seçimdir. Hamam əyləncəsinin ən gözəl tərəflərindən biri olan musiqi, doyunca əylənməyə imkan verir.

Gəlin hamamını əbədiləşdirmək və qonaqlarınızı sevindirmək üçün kiçik hədiyyələr ala bilərsiniz. Sabun, daraq, skrab və ya spa dəsti kimi həm konseptə, həm də günün məna və əhəmiyyətinə uyğun suvenirlər düşünə bilərsiniz. Bir çox fərqli formada təqdim olunan bu hədiyyələrin qəşəng görünüşü ilə qonaqlarınızı sevindirəcəyinə əmin ola bilərsiniz.

Bütün günü suda olacağınız üçün çox güman ki, acacaqsınız. Odur ki, aclıq həm sizi, həm də qonaqlarınızı ruhdan salmasın deyə, əyləncənizə ləzzətli yeməklər daxil etməlisiniz. Gəlin əyləncələrini təşkil edən bir çox hamam açıq bufet üslubunda menyular təqdim edir. Siz əvvəlcədən danışaraq bu menyuları özünüz yenidən təşkil edə bilərsiniz.

Normal hamam və gəlin hamamı anlayışları bir-birindən çox fərqlidir. Bu səbəbdən sizin üçün xüsusi olaraq hazırlanacaq hamamınızı necə bəzəyəcəyinizə özünüz qərar verə bilərsiniz.

Bu keçmişdən gələn ənənəyə qayınanalar da qatılır. Bəyin anası gəlin üçün xüsusi bir xonça da hazırlayır. Daraq, çanta, sabun, dəsmal və hamam qabından ibarət gəlinlik paketiniz də özünüzü daha xüsusi hiss etməyə kömək edir. Bundan əlavə, bəzi bölgələrdə gəlin üçün qiymətli zinət əşyasının qayınana tərəfindən gəlin bağlamalarının içinə qoyulması da mümkündür.

Bəs, ümumiyyətlə, hamam mədəniyyəti haqqında nə bilirik?

Hamam mədəniyyətinin tarixi romalılara qədər uzanır. Hamamlar türklərin İslamı qəbul etməsi və İslamın təmizliyə verdiyi önəmlə mədəniyyətimizdə mühüm yer tutur. Türklər üçün hamama getmək az qala bir vərdişdir.

Belə ki, hamamda gəlin hamamı, bəy hamamı, nəzir hamamı, şirkət hamamı, hamamda qız bəyənmək, hamama getmək və digər hər cür əyləncələr təşkil olunur. Əvvəllər hamama çimmək üçün gedənlər bunu bayram ab-havasında edərdilər. Onlar hamamda bir neçə saat yox, təxmini 1 günə yaxın vaxt keçirirdilər. Həmçinin burada yemək və içki növləri də olurdu. Yəni, insanlar bura sırf çimmək üçün yox, həm də istirahət üçün üz tuturdular.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə