Əgər kişinin iş yeri yoxdursa, bu zaman aliment tələb olunur? - VƏKİL AÇIQLADI

Əgər kişinin iş yeri yoxdursa, bu zaman aliment tələb olunur? - VƏKİL AÇIQLADI

"Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Konstitusiyada nəzərdə tutulan və dövlətin əsaslarından birini təşkil edən müddəadır". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar: "Qanunvericiliyə əsasən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla aliment azaldıla bilər. Yəni, işləməmək atanı aliment ödəməkdən azad etmir. Qanunvericilikdə işləməməyə və maddi duruma görə aliment öhdəliyindən azad etmə anlayışı yoxdur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, hətta valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə