“Nə? Harada? Nə zaman?” intellektual oyununa start verilib - FOTOLAR

“Nə? Harada? Nə zaman?” intellektual oyununa start verilib - FOTOLAR

Oktyabrın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununa start verilib. SİA xəbər verir ki, “Azərbaycan İntellektual Klublar Assosiasiyası” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində YAP yerli təşkilatlarını və Gənclər Birliyini təmsil edən 77 komandanın iştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar Bakı, Quba, Şəki, Şəmkir, Ağcabədi, Masallı və Göyçayda təşkil olunub.

Komandaları təmsil edən ümumilikdə 616 gənc ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Yeni Azərbaycan Partiyasının 30 illik tarixi, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə və ölkəmizin müasir tarixində baş verən mühüm hadisələrlə əlaqədar sualları cavablandırıblar.

Hər qrup üzrə 3 qalib komanda (ümumilikdə 21 komanda) noyabrın 6-da “Gülüstan” sarayında keçiriləcək final mərhələsində I-III yerlər uğrunda mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə