DİN: Tərtərdə minaya düşən şəxsin müalicəsi davam etdirilir

DİN: Tərtərdə minaya düşən şəxsin müalicəsi davam etdirilir

Tərtərdə minaya düşən şəxsin müalicəsi davam etdirilir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirib ki, bu gün saat 17 radələrində Tərtər rayonun Çaylı kəndi ərazisində rayon sakini Samir Əlizadə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə