Frankfurt-Astana təyyarəsi əlverişsiz hava səbəbindən Bakı hava limanına enib

Frankfurt-Astana təyyarəsi əlverişsiz hava səbəbindən Bakı hava limanına enib

"Lufthansa" aviaşirkəti Frankfurt-Astana marşrutu üzrə DLH-646 reysini yerinə yetirən təyyarəsini ehtiyat hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirib. Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən SİA-ya bildiriblər ki, buna səbəb təyinat hava limanında əlverişsiz hava şəraiti olub.

"Airbus A330" təyyarəsi yerli vaxtla saat 20:50-də Bakı hava limanına uğurla eniş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə