“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Zəngilanda

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Zəngilanda

22 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, AFFA-nın və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə işğaldan azad olmuş Zəngilan rayonunun Ağalı kəndində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Bu layihə çərçivəsində tədbirdə iştirak edən Ağalı kənd orta məktəbinin şagirdlərinə futbola marağı artırmaq məqsədi ilə pulsuz idman geyimləri və futbol topları verilib.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov, Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və Cənclər və İdman Nazir müavini Marina Vasileva çıxış ermişdir. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə