Yardımlıda pərakəndə ticarət dövriyyəsi 14,3 faiz artıb

Yardımlıda pərakəndə ticarət dövriyyəsi 14,3 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında Yardımlı rayonu üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 65260,4 min manatlıq, o cümlədən 37517,1 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 27743,3 min manatlıq qeyri-ərzaq malları satılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Yardımlı Rayon Statistika İdarəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin əvvəlindən pərakəndə ticarət dövriyyəsi real ifadədə 14,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8 faiz, qeyri-ərzaq malları üzrə isə 32,4 faiz artıb. İstehlak məhsullarının dəyər ifadəsində 16,9 faizi ticarət müəssisələri, 83,1 faizi isə fərdi sahibkarlar tərəfindən realizə edilib. Satılmış malların 57,5 faizi ərzaq, 42,5 faizi isə qeyri-ərzaq malları olub.

2022-ci ilin yanvar-sentyabr aylarında rayon üzrə 2294,3 min manatlıq topdansatış əmtəə dövriyyəsi qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 548,5 min manat və ya 31,4 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə