Şəhid övladlarının Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyası təşkil edilib - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Vətən müharibəsi şəhidlərinin uşaqlarının Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyasını təşkil edib. ƏƏSMN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 30-a yaxın şəhid övladının iştirak etdiyi ekskursiya zamanı uşaqlar Qobustan qoruğunda mühafizə edilən qədim insan və heyvan təsvirləri, qayaüstü rəsmlərdə əks olunmuş ov, döyüş və rəqs səhnələri ilə tanış olublar.
Şəhid övladlarına ərazidə fəaliyyət göstərən, 12 ekspozisiya zalından ibarət olan muzey barədə də ətraflı məlumat verilib.i
Zyarətçilər dünyanın müxtəlif guşələrində olan qayaüstü incəsənət nümunələri, Qobustanın minilliklər ərzində dəyişən təbii mühiti, aparılmış arxeoloji qazıntılar, qədim insanların həyat tərzi və s. haqqında məlumatlandırılıb. Ekskursiya xoş anlarla yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB