“İnsanların xarici görünüşünə olan münasibəti onların natamamlıq komplekslərindən qaynaqlanır. İnsan xarici görkəminin daha yaxşı olması üçün əlindən gələni əsirgəmir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, tibbin bu qədər inkişaf etdiyi bir dövrdə təbii ki, insanlar tibdən bu yöndə də istifadə edə və xarici görkəmlərində bəyənmədiklərini düzəldə bilərlər. Dövrümüz üçün bu çox normal bir hal hesab olunur. Lakin əməliyyat olunmuş bir orqan yenidən və dəfələrlə əməliyyat etdirilirsə bu zaman artıq demək ki, böyük problemlər var. Məsələn, estetik burun əməliyyat edən bir şəxs bir müddət sonra yenidən əməliyyatə gedirsə və yenə bəyənmiyərək əməliyyat düşünürsə, deməli həmin şəxs sadəcə diqqət mərkəzində olmağa, özünü təsdiq etməyə və s. çalışır. Bu zaman təbii ki, estetik əməliyyat normal qəbul edilə bilməz. Bu artıq insanın özünü qəbul etməməsidir ki, bu da insan psixologiyasının ən zəif nöqtəsidir. Təəssüflər olsun ki, əməliyyat mövzusu fərdi yanaşmadır və buna qərar verilibsə, şəxsi fikrindən heç kim daşındıra bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB